Özbəkistan və Rusiyanın xarici işlər nazirləri Bəxtiyar Səidov və Sergey Lavrovun BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşü haqda yayılan məlumat müzakirə doğurub.
BUTA.TV xəbər verir ki, tərəflər “bir-birinin daxili işlərinə qarışmamaq prinsipini” də müzakirə ediblər və dialoqun müttəfiqlik ruhunda davam etdirilməsi barədə razılığa gəliblər.
“Strateji tərəfdaşlığımızın aktual mövzularının hərtərəfli müzakirəsi aparılıb, eləcə də qarşıdan gələn yüksək səviyyəli tədbirlərə hazırlıq işlərinə istinad edilib. Qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün bir-birinin daxili işlərinə qarışmamaq prinsipinin saxlanmasının vacibliyi qeyd edilib”, - Səidov görüşdən sonra özünün Teleqram kanalında yazıb.
Qeyd edək ki, bəzi media qurumları bunu Özbəkistanın Rusiyaya xəbərdarlığı kimi təqdim edib. Belə ki, sentyabrın 26-da Daşkənddəki məktəblərin birində şagird rus dili dərsini rusca keçməyi tələb etdiyi üçün müəllimi tərəfindən fiziki təzyiqə məruz qalıb. Sözügedən video sosial şəbəkələrdə yayıldıqdan sonra Rusiya XİN Özbəkistanın Moskvadakı səfirinə sorğu göndərib (ümumi mülki və diplomatik etiketin saxlanması çağırışı ilə diplomatik qəbul), həmçinin Özbəkistandan məsələyə dərhal aydınlıq gətirməyi tələb edib.
Özbəkistan parlamentinin sədr müavini Əlişir Qadirov isə cavabında bildirib ki, Rusiya XİN-in “öz işləri ilə məşğul olması” daha düzgün olar.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video