Tavuş bölgəsində sərhədin demarkasiyası məsələsi kifayət qədər müzakirə olunub. Prosesin həm hüquqi tərəfi, həm də faktiki icrası ictimaiyyət üçün açıqdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.
Onun sözlərinə görə, proses qanunlar çərçivəsində həyata keçirilir:
“18 aprel protokolunu və imzalanmış Əsasnaməni diqqətlə oxusanız, görəcəksiniz ki, bu prosesdə heç bir ziddiyyət yoxdur. Demarkasiya prosesi və onların həyata keçirilməsi ilə bağlı razılaşmaların əsas məqsədi oxşar problemlərin sakit, fundamental, qanuni həllini təmin etməkdir. Demarkasiyanın növbəti mərhələsi ilə bağlı hələ qərar yoxdur. Biz reqlamentlə bağlı dövlətdaxili prosedurları tamamlamalıyıq”.
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu