ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı indiyə qədər görülməmiş kampaniyaya başlayıb. Bununla o, bütün zamanların ən güclü mesajını verdi ki, Ukraynaya Rusiyanın işğalı ilə mübarizədə kömək etməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə "Politiko" nəşri yazıb.
"Şimali Karolinada seçki kampaniyası zamanı çıxış edən Tramp açıq şəkildə deyib ki, Ukrayna Moskvanı sakitləşdirmək və qanlı münaqişədən qaçmaq üçün bir az ərazi verməli idi. Eyni zamanda o, birbaşa Vladimir Zelenskini qınayıb. İndi Tramp hədələyir ki, seçkidə qalib gəlsə, Kiyevə yardımı kəsəcək. O, həmçinin ABŞ qoşunlarını Ukraynaya göndərməyəcəyinə bildirib", - nəşr qeyd edib.
Bildirilir ki, Tramp de-fakto təsdiqləyib ki, Rusiya ilə müharibədə Ukraynaya kömək etməyəcək.
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?