"Atam məni şalvar geyinməyə qoymurdu. Deyirdi ki, "Qız hara, şalvar hara, olmaz". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər-ertəsi" verilişində deyib. O, bu qadağadan çıxış yolunu qısa ətəkdə gördünüyü bildirib:
"Mən nə etdim? Qısa ətək geyindim. Atam da səhər xəbərlərə baxırdı. İki-üç dəfə qarşısından keçdim. Dördüncü dəfə gözü ətəyimə sataşdı və soruşdu ki, "Bu nədir ay qız?". Cavab verdim ki, şalvar demisən olmaz. Mən də belə qısa ətək geyinib məktəbə gedirəm. Bəzən ana da qızına dəstək verməlidir.
Dedi ki, "Ay kişi, qız soyuqdan donur, qoy şalvar geyinsin. Belə ətəklərdənsə, şalvar daha abırlıdır". O gündən sonra mən şalvar geyinməyə başladım".
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var