Dövlətin digər dəstək mexanizmləri işlək vəziyyətdədir. Vətəndaşların ünvanlı sosial yardıma çıxışı mütəmadi olaraq təmin edilir.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Hidayət Abdullayev "uşaqpulu"nun verilməsi ilə bağlı suala cavab verərkən deyib. O bildirib ki, bir yaşına qədər uşağı olan ailələr digər müavinətlərlə təmin olunur:
"Eyni zamanda, müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin uşaqları da dövlət nəzarətindədir. Bu sahədə müvafiq dəstək mexanizmləri işlənilir. "Uşaqpulu" isə sovet dövründə bir stimul idi ki, bunu ailələrdə uşaqların sayının çox olması üçün edirdilər. Azərbaycanda hazırda belə problem yoxdur. Demoqrafiya baxımdan bu, əlverişli üsul deyil. Dediyim kimi, dövlətin digər işlək mexanizmləri hazırda mövcuddur.
Vətəndaşların dəstək mexanizmlərinə çıxışının asanlaşdırılması istiqamətində müvafiq işlər aparılır".
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?