Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) meymunçiçəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün növbəti dəfə PCR dəstləri alır.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qurum PCR kitlərinin satın alınması ilə bağlı tender elan edib.
Beləliklə, 5000 dəst PCR dəstinin sifariş edildiyi bildirilib.
Qeyd edək ki, meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları ilk dəfə olaraq ötən ay Azərbaycana gətirilib.
Ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var