Rusiyanın yeni nüvə doktrinası, əslində, Rusiya-Ukrayna müharibəsində Moskvanın mövcud doktrinasının Qərbi çəkindirmədiyi düşüncəsinin nəticəsidir. Yəni mövcud nüvə doktrinası Qərbin Ukraynaya günbəgün artan yardımının qarşısını almadığı, Moskvanın heç vaxt bu silahdan istifadə etməyəcəyinə dair düşüncəsinin formalaşdığına görə dəyişdirildi. Aydındır ki, Rusiyanın nüvə arsenalından istifadə qaydası Qərbi çəkindirməyə kifayət etmir.
Bu sözləri BUTA.TV-a türkiyəli hərbi ekspert Ünal Atabəy Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini şərh edərkən deyib.
O, Rusiyanın daha qərarlı bir duruş sərgiləməsi, maraqlarını diktə etməsi üçün belə bir varianta əl atmasının gözlənilən olduğunu bildirib:
“Yeni nüvə doktrinasında əsas diqqət çəkən məqamlardar biri odur ki, nüvə silahına malik olmayan dövlət bu silaha sahib bir dövlətin dəstəyi ilə Rusiyaya hücumu edərsə, bu, ortaq hücum kimi dəyərləndiriləcək. Məqsəd ABŞ başda olmaqla, Ukraynaya dəstək verən Qərb dünyasına göz dağı vermək, onları atacağı addımlardan çəkindirməkdir. Nüvə doktrinasına yenidən baxılması adı açıqlanmayan müharibənin - Rusiya ilə NATO arasında gedən savaşın sərhədlərin pozulacağı halında ciddi nəticəsi olacağına işarə edir. Doktrinanın dəyişdirilməsilə Kreml istənilən hava hücumuna nüvə silahı ilə cavab verilə biləcəyini bəyan edərək, Qərbi uzaqmənzilli hücumlara icazə verməkdən çəkindirməyə çalışır. Bir sözlə, Rusiya yeni qərarı ilə Qərbin Ukraynaya daha güclü dəstək verməsinin qarşısını almaq niyyətindədir”.
O bildirib ki, Rusiyanın nüvə doktrinasını dəyişməsi Qərbi ciddi anlamda addımlarından çəkindirə bilər:
“Təbii ki, bu, Ukraynanın Rusiyanın daxili ərazilərinə hücumuna qarşı tutacağı mövqedən asılıdır. Qərb ölkələri bu məqamda Rusiyanı yoxlayacaq addımlar ataraq, Moskvanın əks reaksiyasına uyğun hərəkət edəcək. Rusiya yeni qərarının arxasında qətiyyətlə durub, praktiki olaraq da tətbiq eləsə, hədəfinə nail olacaq. Eyni zamanda düşünürəm ki, Qərb indiki mərhələdə Ukrayna sərhədinə göndərdiyi silah sistemlərini məhdudlaşdıracaq”.
Qeyd edək ki, Rusiya nüvə doktrinasını dəyişəcəyini elan edib.
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?