Ərdoğanla görüşdən sonra Nikolun Bakıya bu təklifi...

15:16 - 26 Sentyabr 2024 - GÜNDƏM

 Ərdoğanla görüşdən sonra Nikolun Bakıya bu təklifi...

Sülh məsələsi indi ən aktiv müzakirə predmetidir. Hər iki tərəf buna səy göstərir. Prezident İlham Əliyev də sülh məsələsinin vacibliyini vurğulayıb.

Bu sözləri BUTA.TV-a konfliktoloq Elman Vəliyev Ermənistan Baş naziri Nikol Paşinyanın ÇOP29-a kimi Azərbaycanla sülh müqaviləsi imzalamaq təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın bu təklifi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra səsləndirməsi diqqətdən yayınmır:

“Mənə görə Ərdoğanla görüş əsas dönüş nöqtəsidir. Görüşün Amerikada olması təsadüf deyil. Yəni Vaşinqton artıq Ərdoğanla Paşinyanı bir yerdə görmək istəyir. Ərdoğanın Paşinyanın əlini sıxması Paşinyan üçün bir şansdır”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Elman Vəliyev bildirib ki, sülh müqaviləsinin qısa zaman kəsiyində bağlanması olduqca realdır:

“Sülhün bağlanması üçün böyük problemlər yoxdur. Sadəcə, uzlaşmayan amillər vardır. Bunlardan biri də Zəngəzur məsələsidir. Zəngəzurdan yol mümkündür. Ərdoğan çox güman ki, danışıqlarda bu məsələyə də toxunub. “Noyabra qədər sülh bağlanarmı” sualına gəldikdə isə hesab edirəm ki, olmayacaq bir şey deyil. Əsas məsələ budur: sülhün bağlanmasını istəməyən qüvvələr təzyiq göstərəcəkmi bu zaman kəsiyində?! Məncə, təzyiq və təhriklər olmasa, sülh mümkündür!”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol