Gürcüstanın Baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya sakinlərini vahid gürcü dövlətində yaşamağa çağırıb.
BUTA.TV xəbər verir ki, o, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
O, ölkənin ərazi bütövlüyünü bərpa etməyin yolunu qarşılıqlı bağışlamada gördüyünü bildirib:
“Mən Abxaziya və Sxinvali bölgəsində olan xalqımıza müraciət etmək istərdim. Bütün addımlarımız xalqımıza kömək məqsədi daşıyır. Və bir gün biz uşaqlarımızla birlikdə xoşbəxt, birləşmiş və inkişaf etmiş Gürcüstanda yaşaya biləcəyik. Biz ölkəmizdəki bütün dağılmış körpüləri bərpa etməliyik”, - Kobaxidze deyib.
Cənubi Osetiya “xarici işlər nazirliyi” Gürcüstanın Baş naziri Kobaxidzenin çağırışlarına cavab verib. Bildirilib ki, Sxinvali öz mövqeyini dəyişməyib və Tiflisdən təhlükəsizlik zəmanəti ilə bağlı sənəd imzalamasını gözləyir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var