İspaniyanın Leon şəhərində keçirilən ağırlıqqaldırma yarışlarında iştirak etmək üçün bu ölkəyə səfər edən iranlı xanım atlet Fatimə Keşavərz yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Ağır Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, xanım idmançı sentyabrın 23-də yarışda iştirak etdikdən sonra idman kompleksini tərk edib və İran idmançılarının qaldığı otelə qayıtmayıb.
İdmançının axtarışı və tapılması ilə bağlı İspaniya polisinə məlumat verilib.
Qeyri-rəsmi məlumatlara görə, Fatimə Keşavərzin İrana geri qayıtmamaq üçün İspaniyadan sığınacaq istədiyi iddia edilib.
Qeyd edək ki, bundan əvvəl də oxşar hadisələr baş verib və çox sayda iranlı idmançı xaricə çıxdıqdan sonra İrana geri qayıtmaqdan imtina edib.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər