Samuxda intihar baş verib.
BUTA.TV Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qədili kəndində qeydə alınıb.
Samux şəhər sakini, 47 yaşlı Vüsal Qəzənfər oğlu Əliyev rayonun Qədili kəndi ərazisindəki meşədə özünü asıb.
Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.
Məlumata görə, intihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub.
O, bu ilin avqust ayında Gəncədə tanışı, 34 yaşlı Sevər Novruz qızı Məmmədovaya dəhrə ilə ağır xəsarət yetirib.
V.Əliyev hadisədən sonra qaçaraq gizlənib. O, törətdiyi cinayətə görə axtarışda imiş.
V.Əliyevin qorxaraq məsuliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal olunur.
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
- Arxangelskdə təlim keçiriləcək, Azərbaycan müşahidə edəcək
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi