Qərbli həmkarlarımızın çoxu Rusiyanın enerji resurslarından necə qurtulduğundan danışmağı xoşlayır.
BUTA.TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
“Bu, saxta xəbərlərin ən böyük nümunələrindən biridir, çünki Qərb ölkələri hamı kimi Rusiya ilə iş aparmağa davam edir. Sadəcə olaraq bunu inkar edirlər. Avropanın qərb hissəsində Rusiya qazının payına, Qərbə gələn neftin miqdarına və haradan gəldiyinə baxsanız, təəccüblənəcəksiniz. ABŞ kimi bir ölkəyə bir nömrəli uran tədarükçüsünün kim olduğuna baxsanız, yenə də təəccüblənəcəksiniz. Araşdırmaya vaxt itirməmək üçün deyəcəm ki, bu, Rusiyadır. Bütün bunlar iqtisadi sanksiyaların tamamilə faydasız olduğunu göstərir”, - o bildirib.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər