Paşinyanın 2020-ci il müharibəsində Azərbaycana dəstək olan, əcdadları soyqırımı törətmiş (qondarma erməni soyqırımı nəzərdə tutulur – red.) Ərdoğana gülümsəməsi xoş deyil.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Tatul Akopyan qeyd edib.
O, Ermənistan siyasi elitasının Türkiyə ilə bağlı siyasətinin anlaşılmaz olduğunu bildirib:
“Amma mən Paşinyanı “Türk Evi”nə getməkdə, gülümsəməkdə və ya Ərdoğanla görüşməkdə ittiham etmirəm. Onu 2020-ci ilin fəlakətli müharibəsindən əvvəl Türkiyəni uğursuz xarici işlər naziri Zöhrab Mnatsakanyan vasitəsilə hədələməkdə günahlandırıram. Heç bir siyasi qüvvə Paşinyan və Mnatsakanyanın avantürasını pisləmədi”.
T.Akopyan xatırladıb ki, Ermənistanın digər sabiq xarici işlər naziri Ara Ayvazyan da 2020-ci il müharibəsindən sonra Türkiyəni hədələmişdi.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər