Sülhə ən böyük əngəl ABŞ-dır – Türk general

08:48 - 26 Sentyabr 2024 - GÜNDƏM

 Sülhə ən böyük əngəl ABŞ-dır – Türk general

Ukraynanın Kursk hücumu atəşkəs və sülhə gedən yolda avantajdır. Ancaq bu hücum hər nə qədər Ukraynanın əlini gücləndirsə də, davam etdirilməsi mümkün olmayan əməliyyatdır. 1400 km uzunluğu olan Rusiya-Ukrayna sərhədində bu qədər kiçik ərazidə, Kurskdakı kimi qismən bir uğur Ukraynaya savaşı qazandırmaz. Sadəcə, Rusiyanın diqqətinin dağılmasına və rus ordusunun orada önləm almağa çalışarkən, digər yerlərə nəzarəti zəiflətməsinə səbəb ola bilər.

Bu sözləri BUTA.TV-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünə də toxunan general müsbət nəticələr gözlənilmədiyini qeyd edib.

“Bayden və Zelenskinin 26 sentyabra nəzərdə tutulan görüşü atəşkəs və sülh məsələsində dünyaya ümid verməyəcək. Ona görə ki, ABŞ bu savaşın bitməsini istəmir. Qərbin imperialist dövlətləri var ki, bunların dərdi savaşı bitirmək yox, daha da qızışdırmaq, dağıdıcı vəziyyətə gətirməkdir”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

O, hazırda hər iki dövlətin – Ukrayna və Rusiyanın sülhə maraqlı olduqlarını bildirib:

“Faktiki olaraq hər iki dövlət yorulub, tükənib. Əslində həm savaşı davam etdirməyi, həm də sülhə, atəşkəsə nail olmağı istəyirlər. Qərb isə bunu Üçüncü Dünya savaşına gedən yolda öncə Rusiyanı tükəndirməyi, sonra bu tükənmiş Rusiyanı Çinə yox, özünə bağlı hala gətirməyi hədəfləyir. Bunu da bacarıb-bacarmayacaqlarını zaman göstərəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol