Qarabağda təhsil alan tələbələrə “SuperSən 10GB” tarif paketindən 6 ay ərzində pulsuz istifadə etmək imkanı verilir.
BUTA.TV xəbər verir ki, Qarabağda ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC bu ərazilərə qayıdan əhalini qabaqcıl kommunikasiya xidmətlərilə təmin etməyə davam edir. Lider mobil operator Qarabağda təhsil alan tələbələrə dəstək olmaq məqsədilə xüsusi kampaniya elan edir.
Kampaniya çərçivəsində tələbələrə yeni Fakturasız xətt Azercell nömrəsi və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik hədiyyə edilir. Bu müddət bitdikdən sonra isə bir il ərzində tarif paketindən 50% endirimlə istifadə etmək imkanı verilir.
Qeyd edək ki, “SuperSən 10GB” tarifinə aylıq 10GB internet, 500 ölkədaxili dəqiqə, Vatsap və Feysbuk Messencerdə pulsuz yazışma daxildir.
Kampaniyadan yararlanmaq üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə noyabr ayının 30-dək "Azercell"in Xankəndi şəhərində (Qarabağ Universitetinin qarşısında) fəaliyyət göstərən Səyyar Müştəri Xidmətlərinə müraciət etmək olar.
Kampaniya haqqında ətraflı məlumat ilə "Azercell"in rəsmi veb səhifəsində tanış olmaq mümkündür.
“Azercell Telekom” MMC bütün tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara zehin açıqlığı və uğurlar arzulayır!
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi