Azərbaycan estradasının əsas ulduzu, xalq artisti Aygün Kazımova “Kontakt”ın mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çıxış etməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, pop musiqinin divası bu dəfə final tədbirinin bütün məlumatlarını özü açıqlayıb.
Artıq iki aydır davam edən və böyük uduşları ilə milyonları sevindirən “Şeş-Qoşa” kampaniyasının böyük final tarixi yaxınlaşır. Bu ilki final kampaniyanın tarixindəki ən irimiqyaslı və unudulmaz tədbirlərdən biri olacaq. Çünki möhtəşəm finalda mükafatların – ən yeni “Toyota Corolla Cross” avtomobilinin və “Sea Breeze”dən dəniz mənzərəli mənzilin sahibi və ya sahibləri bəlli olacaq.
Tədbirə xüsusi rəng qatacaq məqam isə sevilən ulduz Aygün Kazımovanın canlı konsert proqramı ilə çıxış etməsi olacaq! Məşhur müğənni xüsusi səhnə şousu və ən hit mahnıları ilə bu gecəyə damğa vurmağa hazırlaşır.
Hətta, Xalq artisti sosial media hesablarında etdiyi son paylaşım ilə izləyicilərinə bu tədbirin nə qədər maraqlı olacağı barədə ipucu verib. Tədbirin sentyabrın 29-u, saat 17:00-da “Kontakt”ın Ukrayna dairəsi mağazasında baş tutacağını da elə ilk olaraq Aygün Kazımova açıqlayıb.
Bu final gecəsi böyük mükafatlar qazanmaqla yanaşı, həm də musiqi və əyləncə dolu bir axşam yaşamaq üçün ideal fürsətdir. Ona görə də, Aygün Kazımova iştirakçılara, eləcə də tədbir izləyicilərinə “Kontakt”ın hər kəsi sevindirəcəyi bu finalı qaçırmamağı tövsiyə edir.
Daha ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi