Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpasına milyardlarla pul xərcləyir. Bunlar Ermənistanın işğalçılıq siyasəti və müharibə cinayətləri nəticəsində dağıdılıb və bizə milyardlarla zərər dəyib.
Bu sözləri BUTA.TV-a politoloq Turab Rzayev Ermənistanın Azərbaycana təzminat öhdəliyi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, təzminat məsələsi gündəmdə qalmalıdır, hətta Ermənistanla sülh danışıqlarında istifadə oluna bilər:
“Reparasiya mütləq olmalıdır. Ermənistan Azərbaycana həm maddi, həm də mənəvi zərər vurub. Sərvətlərimizi istifadə edərək, gəlir qazanıb, ərazilərimiz talanıb və s. Bütün bunlara görə əvəz ödəməlidir. Lakin indiki məqamda beynəlxalq ictimaiyyətdə bunları əldə etmək üçün xüsusi bir şərait mövcud deyil. Amma Ermənistanla sülh danışıqlarında təzyiq vasitəsi kimi bu təzminat məsələsindən istifadə edə bilərik”.
Politoloq Ermənistanın təzminatı ərazi güzəşti ilə ödəməsi ehtimalına da münasibət bildirib və qeyd edib ki, hazırda beynəlxalq siyasi vəziyyət buna uyğun deyil:
“Buna baxmayaraq, Azərbaycan təzminat məsələsində qarşıya yüklü bir miqdar qoya bilər”.
Millət vəkili, politoloq Rasim Musabəyov isə vurğulayıb ki, təzminat məsələsi beynəlxalq qurumlar tərəfindən qəbul olunmalıdır:
“Qərar çıxarıldıqdan sonra qarşı tərəf ödəyə bilməsə, məbləğ onun üzərində qalır. Ermənistanın mülkinə, aktivlərinə o iddiaları tətbiq etmək mümkündür. Lakin təzminatı ərazisinin müəyyən hissəsi ilə ödəmək praktikası hazırda mövcud deyil”.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi