Müğənni Samir Piriyevin həyat yoldaşı Anara qızı Fərəhin təhsil aldığı 42 saylı məktəbin direktorundan şikayətçidir. OLAY yazır ki, bu haqda sənətçinin xanımı sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə məlumat verib.
Anara bildirib ki, sözügedən tədris ocağının direktoru onun qızına geyindiyi ətəklə bağlı irad tutub: “Bu 42 saylı orta məktəbin direktoruna əncam çəkən olsaydı şagirdlərində, valideynlərində canı dincələrdi. Yaxşı ki, mən Fərəhin yanında idim. O uşağı orada mənsiz biabır etsəydi bilmirəm o direktoru nə edərdim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Məndə ona sual verdim ki, “Nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olub?” Cavab verir ki, “Fərəhin ətəyi ağ rəngdədir”. Amma düz demir çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, sizə rəngləri ayırd edə bilmirsiniz. Mən sizə rəngləri öyrədəcəyəm. Bəlkə gedəsiniz pensiyaya çıxasınız. Artıq rəngləri də tanımırsınız. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızının üzərinə qışqırıb”.
Qeyd edək ki, Samir və Anara cütlüyünün Fərəhdən savayı Nicat adında daha bir oğlan övladı var.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi