Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və daha üç keçmiş yüksək vəzifəli məmurun - Armen Gevorkyan, Yuri Xaçaturov və Seyran Ohanyanın cinayət işi üzrə məhkəmə prosesi Antikorrupsiya Məhkəməsində davam etdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Köçəryan məhkəməyə gəlməyib.
Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan jurnalistlərə açıqlamasında deyib ki, keçmiş prezient məhkəmə iclası barədə bildiriş almayıb:
“Köçəryan sentyabrın 18-dən xaricdə səfərdədir və bu, məhkəmə iclası təyin olunmamışdan əvvəl planlaşdırılıb. Yaxın günlərdə keçmiş prezident qayıdacaq və bildiriş aldıqdan sonra lazımi qaydada məhkəmə qarşısına çıxacaq”.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, baş nazirin keçmiş müavini Armen Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi, həmçinin KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (Konstitusiya quruluşunun dəyişdirilməsi) ilə ittiham olunurlar.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var