UEFA “Qarabağ”ı buna görə 28500 avro cərimələdi

11:28 - 23 Sentyabr 2024 - İDMAN

 UEFA “Qarabağ”ı buna görə 28500 avro cərimələdi

UEFA "Qarabağ" klubunu 28500 avro cərimələyib.

BUTA.TV xəbər verir ki, buna "köhlən atlar"ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.

Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol