Yevlax sakininin avtomobillə qəsdən adam vurmasının detalları məlum olub.
BUTA.TV Baku Tv-yə istinadən xəbər verir ki, aralarında baş verən mübahisə nəticəsində 1981-ci il təvəllüdlü, rayon sakini Zamin Cavadov 1985-ci il təvəllüdlü Elvin İbrahimovu avtomobillə vuraraq öldürüb.
Mərhumun bacısı Bahar Sərdarova qətl hadisəsinin qadına görə baş verdiyini bildirib:
“Hadisə ilə bağlı işdə olarkən eşitdim. Elvinin evli olduğunu bilsə də, ondan əl çəkmirdi. Elvin onunla ayrılmaq istədiyini deyən də, qız ona “səni öldürəcəyəm” deyib”.
Elvin İbrahimovun bibisi Dursun Atakişiyeva da deyilənləri təsdiq edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən Zamin Cavadov həbs edilib.
Qeyd edək ki, Elvin taksi sürücüsü kimi fəaliyyət göstərib və iki övladı olub.
Ətraflı süjetdə:
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var