İsrailin hava hücumu nəticəsində Beyrutda ölənlərin sayı 31-ə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad məlumat yayıb.
Onun sözlərinə görə, həlak olanlar arasında 3 uşaq və 7 qadın da var.
Qeyd edək ki, İsrail sentyabrın 20-də Beyrutun cənubuna zərbələr endirib. Zərbələr nəticəsində Hizbullahın “Radvan” elit bölməsinin 6 komandiri öldürülüb. Hizbullah artıq hücumda hərəkatın xüsusi əməliyyatlar komandiri İbrahim Aqilin öldürüldüyünü təsdiqləyib.
- Bakıda güclü külək əsir – Faktiki hava
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...