Belarus və Ermənistanı möhkəm dostluq əlaqələri, ortaq tarix, ənənəvi ailə və xristian dəyərləri bağlayır. Vətəndaşlarımızı Böyük Vətən müharibəsində Qələbə, Spitak zəlzələsinin nəticələrinin birgə qəhrəmanlıqla aradan qaldırılması, inteqrasiya strukturlarında iştirak və sıx işgüzar tərəfdaşlıq birləşdirir.
BUTA.TV xəbər verir ki, bu sözlər Belarus lideri Aleksandr Lukaşenkonun Ermənistan Prezidenti Vaaqn Xaçatryana bu ölkənin Müstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubunda əks olunub.
“İndiki şəraitdə sağ qalmaq və uğurlu inkişafa davam etmək üçün biz birləşməli və əməkdaşlıq etməliyik. Minsk İrəvanla qarşılıqlı hörmət və konstruktiv dialoqun genişləndirilməsinin tərəfdarı olmağa davam edəcək”, - deyə Lukaşenko bildirib.
Qeyd edək ki, Lukaşenkonun Ermənistan Baş naziri Nikol Paşinyanı deyil, Xaçatryanı təbrik etməsi diqqət çəkib.
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar