Bakıda Xətai rayonunun bir hissəsinə suyun verilməsində birgünlük fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, 1000 mm diametrli "Axpatilov" magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu ərazisində 23.09.2024-cü il tarixdə saat 12:00-dan 24.09.2024-cü il saat 12:00-dək suyun verilməsində fasilə yaranacaq.
Məlumata görə, müvəqqəti susuz qalan ünvanlar aşağıdakılardır:
1) Məhəmməd Hadi küçəsinin bir hissəsi;
2) Seyid Əzim Şirvani küçəsi;
3) Qaçaq Nəbi küçəsi;
4) Məzahir Rüstəmov küçəsi;
5) Telnov küçəsinin bir hissəsi;
6) Sarayevo küçəsi;
7) Neapol küçəsi;
8) Nəsrəddin Tusi küçəsi;
9) General Əliağa Şıxlı küçəsi;
10) Ramiz Quliyev küçəsi;
11) Rahib Məmmədov küçəsi;
12) Qədir Məmmədov küçəsi;
13) Xudu Məmmədov küçəsi;
14) Cavanşir küçəsi;
15) Çingizxan Kərimov küçəsi;
16) İlqar Zülfüqarov küçəsi;
17) Zığ yolu küçəsi;
18) Polad Həşimov küçəsi;
19) Dənizçi küçəsi;
20) Hövsan yolu (tağlar);
21) Zeytun Sovxozu küçəsi;
22) Oksigen küçəsi.
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…