Rusiya nüvə müharibəsi istəmir və “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı müzakirələri yersiz hesab edir.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Skay Nyus Arabia” telekanalına müsahibəsində deyib.
“Qırmızı cizgilərdən danışırıq, bizim qiymətləndirmələrimizin və bəyanatlarımızın ağıllı, qərarverici insanlar tərəfindən eşidiləcəyinə ümid edirik.
Əgər sabah sizdən tələb etdiyimi etməsəniz, “qırmızı düymə”yə basacağıq demək – ciddilikdən uzaqdır.
Mən əminəm ki, belə vəziyyətlərdə qərar verən şəxslərin bizim nədən danışdığımız barədə təsəvvürləri var", - Lavrov vurğulayıb.
Eyni zamanda, XİN rəhbəri bildirib ki, Rusiyanın Ukrayna rejiminin “sahibləri” üçün ciddi nəticələrə səbəb olacaq silahları var və bu silahlar tam döyüşə hazır vəziyyətdədir.
- Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto