Məhkəmə Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri Hrayr Tovmasyanı iki maddə üzrə təqsirli bilib, lakin iş üzrə iddia müddətinin başa çatması səbəbindən onu cinayət məsuliyyətindən azad edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Tatevik Qriqoryan verib:
“Məhkəmənin qərarı ilə Tovmasyan iddiaçılara 5 milyon 600 min dram və 5 milyon 203 min 800 dram məbləğində təzminat ödəməlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin keçmiş sədrinin 10 milyon 803 dram dəyərində qiymətləndirilən əmlakı həbs altında qalacaq”.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Tovmasyan daşınmaz əmlak fırıldaqçılığında ittiham olunub. Həmin vaxt ədliyyə naziri vəzifəsini tutan Tovmasyan iki notariat kontorunun binasını ələ keçirərək notariusların özlərinə icarəyə verib. Prokurorluq onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar