İsrail ikinci savaşa başladı: Hədəf İranı cəlb etməkdir

09:02 - 20 Sentyabr 2024 - GÜNDƏM

 İsrail ikinci savaşa başladı: Hədəf İranı cəlb etməkdir

İsrail rəsmi şəkildə Hizbullaha qarşı müharibənin yeni mərhələsinin başlandığını elan edib. HƏMAS-dan daha mütəşəkkil qüvvə olan Hizbullahı tamamilə neytrallaşdırmaq çətin olacaq, lakin İsrailin cari dövrdə iki hədəfi var:

- Şimal sərhədlərində təhlükəsizliyi təmin etmək və müharibəyə görə evlərini tərk edənləri geri qaytarmaq;

- İranı birbaşa, yaxud ən azı Hizbullah üzərindən regional müharibəyə cəlb etmək, Tehranın Qərblə normallaşma prosesinə imkan verməmək.

Müharibənin hansı ssenari üzrə davam edəcəyini proqnozlaşdırmaq mübahisəlidir, çünki Qəzzada hələ də döyüşən İsrail üçün Hizbullahla qarşıdurma asan olmayacaq, İran-Hizbullah cəbhəsi də aktiv döyüşlərdə maraqlı deyil. Lakin Hizbullaha məxsus peycer və rabitə cihazlarının (telsizlər) sıradan çıxarılması İsrailin Livana qoşun yeritməsi və qruplaşma ilə mövqe döyüşü aparması ssenarisini istisna etmir. Peycer və rabitə cihazlarının sıradan çıxması mümkün toqquşmada Hizbullah qruplaşması daxilindəki koordinasiyanı poza bilər. İstisna deyil ki, bu, İsrail ordusunun müdaxilə planının tərkib hissəsidir.

Bu xəbər hal-hazırda çox oxunur
Qaz limitinin artırılması ilə bağlı təklif!

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol