Azərbaycan dünyada baş verən mürəkkəb proseslər şəraitində qarşılıqlı əlaqə və əməkdaşlıq zərurətindən irəli gələrək BRİKS-ə rəsmi müraciət edib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Moskvada keçirilən "Bulud şəhərləri. BRİKS şəhərlərinin gələcəyi haqqında forum" çərçivəsində "Gələcəyin xəritəsi. Texnoloji inkişafın lider şəhərlərinin həlləri və strategiyaları" plenar sessiyasında bildirib.
"Azərbaycan BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki planetdə mürəkkəb iqlim prosesləri gedir, bununla yanaşı, birlik və əməkdaşlıq prioritet məsələyə çevrilir", - o qeyd edib.
E.Əzizov Bakının sürətlə inkişaf etdiyini vurğulayıb:
"Şəhər sürətlə inkişaf edir. Bakının inkişafı üçün çoxsaylı planlar var. Təkcə son 5 ildə 400-ə yaxın park sıfırdan bərpa edilib. Həmçinin, şəhərin yeni Baş planı qəbul edilib".
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi