İranlı hakerlər Donald Trampın seçki qərargahından məlumatları oğurlayaraq Co Baydenin seçki qərargahına göndəriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Federal Təhqiqat Bürosu (FTB) və ABŞ kəşfiyyat xidmətləri məlumat yayıb.
“Hakerlər könüllü olaraq Prezident Baydenin kampaniyası ilə əlaqəli şəxslərə keçmiş prezident Trampın kampaniyasından oğurlanmış, ictimai olmayan materiallardan çıxarışların daxil olduğu elektron poçt məktubları göndəriblər”, - məlumatda qeyd olunub.
Məlumata görə, bütün bunlar bu ilin iyun-iyul aylarında, Bayden öz namizədliyini geri götürməzdən əvvəl baş verib.
Baydenin qərargahının əməkdaşlarından heç kim məktuba cavab verməyib.
İranlı hakerlərin iyun ayından etibarən Trampın qərargahından oğurladıqları məlumatları ABŞ mətbuatına ötürdükləri də bildirilib.
Trampın seçki qərargahının mətbuat katibi Kerolayn Livitt açıqlamasında deyib ki, bütün bunlar İranın Kamala Harris və Co Baydenə kömək etmək niyyətini göstərir.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi