Bəstəkardır, ifaçıdır, özünü sözlə ifadə edir. Efirə birinci dəfə deyil çıxır. Bu çıxışların içərisində uğurlusu da ola bilər, uğursuzu da. İndi o, şeiri belə yazır. Onun üslubu, tərzi belədir.
Bu sözləri Kult.az-a media eksperti, professor Qulu Məhərrəmli bəstəkar Elza Seyidcahanın son zamanlar efirdə səsləndirdiyi şeirlərin birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Elzaya qarşı bu cür səfərbər olmaq və telvizyadan uzaqlaşdırmaq çağırışları doğru deyil:
“Özü hamıdan yaxşı bilir ki, bu şeri nə üçün yazır. O qədər zövqsüz adam deyil ki, deyəsən, dili-sözü bilmir. “Bu cür şeirləri efirə buraxmaq olmaz” deməyə çətinlik çəkirəm. Seçim televizyanın öz işidir: ona tribuna şeirə görə verilməlidir, yoxsa musiqiçi kimi dəvət olunmalıdır! Mənə görə, əgər etik qaydaları pozmursa, efirdən çox normal mesajlar verirsə, ona qarşı bu cür səfərbər olmaq doğru deyil .
O ki qaldı Elzanın şeirlərilə kimisə təhqir etməsinə, bu, qavrayış məsələsidir, hər kəsdə fərqlidir. Şeir təkcə bəsit mesajlardan ibarət deyil axı - subliminal, semantik çalarları da ola bilər. Kim necə anlayır, özü bilər. Hesab etmirəm ki, Elza publikaya qarşı hörmətsizlik edir”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Elçin Hüseynbəyli isə bildirib ki, Elza bu cür şeirlər yazmasa, daha yaxşı olar:
“Elza Seyidcahan maraqlı bəstəkar-müğənnidir. Eşitdiyimə görə, xeyirxah adamdır. Məncə, o cür şeirlər yazmasa, yaxşı olar. Hər halda söhbət edərik onunla. Televiziyalar da gərək bu cür şoulara getməyə. O qədər dərd-sərimiz var ki! AYB, onun rəhbərliyinin humanistliyindən gərək heç kim sui-istifadə eləməsin. Baş verənlərə təəssüf edirəm!”
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi