Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini sonuncu oxunuşda qəbul edib. Ölkə prezidenti qanun layihəsini imzaladıqdan sonra LGBT-nin reklamı, təbliği Gürcüstanda qadağan olunacaq. Azərbaycanda isə LGBT nümayəndələri ilə bağlı belə bir qanun yoxdur. Bəs onların təbliğinə və reklamına qadağa mümkündürmü?
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, belə qanun yoxdursa, müəyyən bir çərçivədə onlar reklam oluna bilər.
Ekspertin sözlərinə görə, “müəyyən çərçivə” dedikdə zidd kontent və ictimai əxlaq pozuntusu hallarının olmaması nəzərdə tutulur:
“Yəni reklamda ictimai əxlaqa zidd hərəkətlər olsa, bu, inzibati pozuntudur, qanunla qadağandır. Yoxdursa, reklama icazə verilə bilər. Ümumi mənada əxlaqsız şəkillər, intim görüntülər göstərilməyibsə, LGBT nümayəndələrinin reklamı qanunla qadağan deyil”.
Hüqüşünas Əkrəm Həsənov isə bildirib ki, Gürcüstan təcrübəsinə uyğun qanunAzərbaycanda da qəbul olunmalıdır:
“Hesab edirəm ki, biz Gürcüstandan heç də az mühafizəkar deyilik, əksinə, dini və mentalitet baxımından daha mühafizəkarıq. Yaxşı olardı ki, bizdə də belə qanun olsun və bu qadağalar da qanunla tənzimlənsin”.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi