Cənab Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeinə zidd mövqe tutub. Tarixə nəzər salsaq görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək üçün SSRİ tərəfindən qurulub. Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri SEPAH generalı və Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Mənsur Həqiqətpur özünün X hesabında yazıb.
O, Qafqazın 17 şəhərinin İrana qaytarılması üçün ölkədə ümumxalq hərəkatının yaradılmasına çağırıb.
Qeyd edək ki, M.Həqiqətpur Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi ilə tanınır. O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək, Tehran şəhərindəki “Mərmər” otelində, habelə, Şimrandakı iqamətgahında Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb etmişdir.
Həqiqətpur bununla yanaşı Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin qanunsuz yolla İrana aparılaraq, Azərbaycanda dövlət çevrilişi məqsədilə ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdir.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi