8 Noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, ötən gündən başlayaraq Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib:
"Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub. Sürücülərin çox hissəsi alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etdiyinə görə, bu prospketlərdə hazırda avtomobil sıxlığı müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə əlaqəli şəkildə bu prospektlərdə sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər."
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu