Xəbər verdiyimiz kimi, Roza Zərgərlinin oğulluğu, aktyor Corc Qafarovun yeni sevgilisi ilə görüntüləri sosial şəbəkələrdə gündəmi zəbt edib.
Onun "TikToker" Mika adlı xanımla sevgili olması böyük müzakirələrə səbəb olub. BUTA.TV xəbər verir ki, iddialara görə, Mika ləqəbilə sosial şəbəkələrdə məşhurlaşan xanım Məlikə Məhəmmədəliyevadır. O, “TikTok” və “İnstagram” platformasında müəyyən izləyici kütləsinə sahib sosial media fenomenidir.
Corc Qafarovun Mika ilə sevgili olması isə pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri cütlüyü tənqid atəşinə tutub.
Xatırladaq ki, müğənninin oğlu Corc Qafarov bundan öncə başqa qızla nişanlı olsa da, nişanını qaytarıb.
Corc nişanlısının onu seçim qarşısında qoyduğunu bildirmişdi:
"Ayrıldım. Qız mənə seçim qoymuşdu: ya anan, ya da mən. O qızdan hər dəfə ayrılırdım. Amma elə oyunlar qururdu ki, barışırdım. Bu oyunların arxasında başqa adamlar dayanırdı".
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq