Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
BUTA.TV agentliyə istinadən xəbər verir ki, bu işlər çərçivəsində Bayıl yaşayış sahəsini Səbail rayonunun Salman Mümtaz küçəsi ilə əlaqələndirən 56 nömrəli şəhərdaxili marşrutu da müsabiqəyə təqdim olunub və sentyabrın 5-də qalib elan olunub.
Beləliklə, sərnişinlərin ixtiyarına müasir və komfortlu avtobuslar verilib. Lakin xəttə buraxılan yeni avtobuslara xəttin köhnə istismarçısı tərəfindən hücum edilib və nəqliyyat vasitələrinə zərər yetirilərək marşrutun fəaliyyətinə əngəl törədilib.
Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən izahatları alınıb. Müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, zərər yetirilən avtobuslar təmir edilərək xəttə qaytarılıb və hazırda sərnişinlərin xidmətinə verilib.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq