Rusiya ordusunun şəxsi heyətinin sayı ölkəyə təhdidlər və Qərbdəki son dərəcə düşmən vəziyyətə görə artırılıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Qərb sərhədlərimizdə son dərəcə düşmən mühit və şərq sərhədlərimizdəki qeyri-sabitlik səbəbindən müvafiq tədbirlər görülməlidir”, - o bildirib.
Peskov hakimiyyətin bu vəziyyəti diqqətdən kənarda qoymadığını, bunun həlli üçün lazımi tədbirlər gördüyünü vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin silahlı qüvvələrin sayını 1,5 milyon hərbi qulluqçu da daxil olmaqla, 2 milyon 389 min 130 nəfərə çatdırıb.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq