Sentyabrın 16-da təhlükəsizlik məmurları Təbriz şəhərində yaşayan bəhai təriqətinə mənsub olan bir neçə nəfərin evinə hücum edərək onlardan üçünü həbs edib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Bildirilib ki, Əzəm Azmudə, Sina Əqdəs və İrəc Növrəstə adlı azərbaycanlılar həbs olunaraq naməlum yerə aparılıblar.
Onların həbs səbəbi barədə açıqlama verilməyib.
Bununla yanaşı daha iki təbrizli bəhainin də evinə basqın edildiyi, ancaq onların evdə olmadıqlarına görə saxlanıla bilmədikləri bildirilib.
Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.
İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq