Ukraynadakı savaş 2022-də başlamayıb - Rus səfir

13:12 - 17 Sentyabr 2024 - GÜNDƏM

 Ukraynadakı savaş 2022-də başlamayıb - Rus səfir

Böyük Britaniya siyasətçilərinin əksəriyyəti səhvən Ukraynadakı münaqişənin 2022-ci ilin fevralında başladığını düşünür və hazırkı vəziyyətə gətirib çıxaran əvvəlki hadisələri xatırlamaq istəmir.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.

“Hətta Londonda da əksər siyasətçilər bu müharibəni 2022-ci ilin fevralından hesablayırlar. Bu düzgün deyil. Daha əvvəl, 2000-ci illərin əvvəllərində baş verənləri heç kim xatırlamaq istəmir. Buna görə də Moskva Britaniya siyasətçilərini əvvəlki hadisələrin müzakirəsinə cəlb etməyə çalışır. Viktor Yuşşenkonun (2005-2010-cu illərdə Ukrayna prezidenti - red.) gəlişindən başlayaraq, Ukraynada hakimiyyətin dəyişməsi indiki vəziyyətin necə yarandığını anlamağa imkan verir. Tarixi dərk etmədən düzgün nəticələrə gəlmək mümkün olmayacaq. Bu isə bizi əsl fəlakətə aparacaq”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol