Avstraliya İrana sanksiyaları genişləndirdi

18:16 - 16 Sentyabr 2024 - GÜNDƏM

 Avstraliya İrana sanksiyaları genişləndirdi

Məhsa Əmininin ölümünün ikinci ildönümündə Avstraliya daha beş iranlı şəxsə sanksiyalar tətbiq edir. Onların arasında İranda etirazların zorakılıqla yatırılmasında iştirak etmiş təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

BUTA.TV xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq özünün X hesabında yazıb.

Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 13-də məcburi hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən döyülüb və həbs edilib. Təcridxanada komaya düşən Əmini xəstəxanaya köçürülüb və sentyabrın 16-da həyatını itirib. Onun ölümündən sonra bütün İranda aylarla davam edən antihökumət etiraz aksiyaları keçirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol