Ermənistan Silahlı Qüvvələrinin yenidən təchiz olunması məqsədi ilə hökumət (Sərkisyan hökuməti – red.) 2500-ə yaxın pilotsuz uçuş aparatının (PUA) alınması üçün plan hazırlamışdı.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının deputatı, keçmiş prezident Serj Sərkisyanın adamlarından hesab olunan Ayk Mamicanyan deyib.
Onun sözlərinə görə, sözügedən PUA-ların yarısının 2020-ci ildə İrəvana təhvil verilməsi planlaşdırılıb:
“Hamısı Ermənistan ordusuna təqdim ediləcəkdi. Sonra Nikol Paşinyan ordunun silahlanma planında anidən və naməlum səbəbdən dəyişiklik etdi. O, PUA-ların əvəzinə II Qarabağda müharibəsində istifadə olunmayan SU-30 qırıcılarını aldı. Əgər Paşinyan xalqdan üzr istəyirsə, buna görə istəsin”.
Qeyd edək ki, N.Paşinyan erməni xalqının “Real Ermənistan” ideyasını seçdiyini bildirib. O, müxalifətin uzun illər erməniləri tarixə bağlı yaşamağa məcbur etdiyini deyərək üzr istəyib.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı