Fransa xarici işlər naziri Stefan Sejurne Ermənistanı Rusiyanın təzyiqindən qorumağa söz verib.
BUTA.TV xəbər verir ki, fransız nazir bunu demokratik Avropa dəyərlərinin müdafiəsi kontekstində İrəvanda keçirilən mətbuat konfransında səsləndirib.
“Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq, erməni xalqına və hökumətinə dəstək veriləcək. Demokratik dəyərlərin qorunmasında hər zaman bizim köməyimizə arxalana bilərsiniz. Fransa bu dəyərlər uğrunda mübarizə aparan bütün ölkələrə yardım edir. Fransa hər zaman sizə yaxındır. Fransada siyasi qüvvələr arasında razılığın olduğu mövzular azdır. Ermənistan azsaylı belə mövzulardan biridir”, - Sejurne bildirib.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı