Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində zəncirvari qəza olub.
BUTA.TV xəbər verir ki, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb.
Onlardan bir neçəsi dağılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Pilotlardan heç biri xəsarət almayıb.
"İnvicta Racing"dən Kuş Maini, "MP Motorsport"dan Oliver Göte, "Campos Racing"dən Xosep Maria Marti, "Van Amersfoort Racing"dən Rafael Villaqomes və "AIX Racing"dən Niels Koolen qəzanın qurbanları olublar. Onlar mübarizəni davam etdirə bilməyəcəklər.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer