Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.
Burada ofisiant işləyən, Sumqayıt şəhər sakini İ.Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ.Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.
Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu "gözətçiliyi" 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ.Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.
İ.Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer