Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bundan başqa, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə sədr müavini, Gənclərin Maarifləndirilməsinə Dəstək İB-in sədri Aynurə Salmanlı isə Şuranın katibi seçilib.
İclasın növbəti mərhələsində Şuranın reqlamenti və təsis edilməsi planlaşdırılan komitələrin əsasnamələri müzakirəyə çıxarılıb, həmçinin cari ay ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər Şura üzvlərinin qərarı ilə yekdilliklə təsdiqlənib.
İctimai Şuranın iclası başa çatdıqdan sonra Şura üzvləri Gənclər Təşkilatının Resurs Mərkəzinin iş prinsipi, həmçinin Resurs Mərkəzində fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının, o cümlədən Gənclər Təşkilatları Milli Şurasının komandaları ilə tanış olublar.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı