Meymunçiçəyinə qarşı 3,6 milyon dozadan çox peyvənd ayrıldı

09:20 - 14 Sentyabr 2024 - GÜNDƏM

 Meymunçiçəyinə qarşı 3,6 milyon dozadan çox peyvənd ayrıldı

Dünya ölkələri meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün artıq 3,6 milyon dozadan çox peyvənd ayırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında dərc olunan məlumatda deyilir.

Məlumata görə, bu rəqəmə Avropa Komissiyası, ABŞ, AB-nin ayrı-ayrı ölkələri, həmçinin Danimarkanın vaksin istehsalçısı “Bavarian Nordic” tərəfindən çatdırılması üçün vəd edilən 620 min doza daxildir.

Bundan başqa, Yaponiya ən çox - təxminən 3 milyon dozanın təminatını vəd edib.

ÜST həmçinin insanlarda xəstəliyin aşkarlanması və müalicəsinə çıxışını artırmaq üçün meymunçiçəyi üçün peyvəndlərin, dərmanların və sınaq avadanlığının "giriş və müəyyənləşdirmə mexanizmi"nin (“Access and Allocation Mechanism”, AAM) yaradılmasını elan edib.

Bildirilib ki, mexanizmə ÜST, BMT, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans GAVI üzvü olan dövlətlər, eləcə də biznes nümayəndələri cəlb olunacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol