Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem" (İngiltərə)-“Qarabağ” matçını “Tottenham Hotspur Stadium"da izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.
BUTA.TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşləri əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir. Biletlərin qiyməti 80 AZN-dir.
Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.
Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Tottenhem"-"Qarabağ" oyunu sentyabrın 26-ı ilə Bakı vaxtı saat 23:00-da start götürəcək.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var