Kürəkəni tərəfindən vəhşicəsinə qətlə yetirilən Əliağa Hüseynovun ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.
BUTA.TV-ın məlumatına görə, mərhumun qardaşı "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, Əliağa Hüseynov dünən qızının əşyalarını kürəkəninin evindən götürüb, bu gün isə sözügedən dəhşətli qətl hadisəsi baş verib.
"Yoldaşı qızına zülm etdiyi üçün Əliağa onu evə gətirdi. Səhər saatlarında şəhərə getmək üçün evdən çıxmışdılar. Yolun qırağında maşın gözləyən zaman Əliağanın kürəkəni Elbrus Şeydayev onlara yaxınlaşaraq birinci qardaşımı və gəlinimiz Püstə Hüseynovanı bıçaqlayıb. Mənə dedilər ki, qardaşını vurublar. Gəlib gördüm ki, qan içindədir".
Ətraflı süjetdə:
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var