Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı

00:42 - 14 Sentyabr 2024 - GÜNDƏM

 Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı

Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib.

BUTA.TV xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.

O qeyd edib ki, son üç il ərzində 53 mindən çox şəxs təhsil krediti üçün müraciət edib: "İndiyədək 41 mindən çox təhsil tələbə krediti müqaviləsini uğurla rəsmiləşdirilib. Bunlardan 35 %-i sosial, 65 %-i isə standart kreditlərdir Təhsil Tələbə Krediti Fondu (TTKF) dördüncü tədris ilinə və təhsil kreditlərinin verilməsi üzrə yeddinci semestrə başlayıb".

Nazir müavini vurğulayıb ki, bu tədris ilində kredit alan tələbələrin 63 %-i xanımlar, 37 %-i isə kişilərdir: "Bu göstərici təhsil imkanlarının gender faktorları nəzərə alınmaqla genişləndirilməsini göstərir. 2024/2025 tədris ilinin payız semestri üzrə indiyədək 8 min müraciət qeydə alınıb, 5 min kredit rəsmiləşdirilib. Bu da müraciətlərdə ötən ilin eyni dövrünə nisbətən 20 % artım olduğunu göstərir. Keçən dövr ərzində sosial bərabərliyi təmin etmək, aztəminatlı ailələrdən olan tələbələrin təhsilə çıxışını artırmaq və təhsilin əhatə dairəsini genişləndirmək yolunda mühüm nailiyyətlər əldə edilib".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol