Qızılın qiyməti tarixi maksimuma çatdı

23:56 - 13 Sentyabr 2024 - GÜNDƏM

 Qızılın qiyməti tarixi maksimuma çatdı

Cümə günü birjalarda qızılın qiyməti bir unsiya üçün 2560 dolları ötüb və ABŞ dollarının zəifləməsi və dövlət istiqrazlarından gəlirin azalması fonunda tarixi maksimumu yeniləyib.

BUTA.TV xəbər verir ki, bu barədə “Trading Ekonomiks” məlumat yayıb.

Bildirilir ki, dünya mərkəzi bankları qızıla investisiyaları artırır və ABŞ dolları ehtiyatlarını azaldır.

"ABŞ-ın çox trilyon dollarlıq federal büdcə kəsiri inflyasiyaya səbəb olur və valyutamızı devalvasiya edir", – deyə ekspert Maykl Armbruster bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol