Maaş 165 min manatdır, amma işçi tapılmır

20:48 - 13 Sentyabr 2024 - GÜNDƏM

 Maaş 165 min manatdır, amma işçi tapılmır

Fransada yerləşən dünyanın ən təhlükəli mayaklarından biri olan “La Jument”də işləyəcək gözətçi axtarılır.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, ildə 2 milyon manata yaxın maaş alan mühafizəçilər 1 il burada qalmalıdır. Lakin ayda 165 min manat ola biləcək maaşla belə burada işləməyə heç kim dözə bilməz.

Türk yazar Uğur Önvər “La Jument”də mühafizəçi olmağın nə qədər çətin olduğunu çəkdiyi video ilə izləyiciləri ilə bölüşüb:

"Ən kiçik bir səhv həyatınız bahasına başa gələ bilər. İşə başlamazdan əvvəl bütün riskləri nəzərə aldığınızı və baş verə biləcək qəzada şirkətin məsuliyyət daşımayacağına dair müqavilə imzalayırsınız. Siz gəmilərə yön verəcəksiniz. Bununla belə, mayakdan çıxa bilməzsiniz. İldə cəmi 2 həftə məzuniyyətiniz var.

Bu mayakda həyat yoldaşınız da sizinlə qala bilər, lakin uşaqların içəri girməsi qadağandır. Əgər xəstələnirsənsə, həkim sənin yanına gəlir. Bildiyiniz həbsxana həyatını yaşayırsınız. Heç vaxt quruya ayaq basa bilməzsən. Burada işləyənlərin dediyinə görə, nəhəng dalğanın, tufanın səsinə dözmək olmur. İnsan psixologiyasına mənfi təsir göstərir. Tam bir kabusdur. Hələ heç kim aylıq maaşını almayıb. Maksimum 9 gün işləyib. Müvəqqəti işçilər də qaldıqları hər gün üçün 1000 dollar qazanırlar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol